07 Fevral 2025, 13:32
DÖYÜŞ NÖVLƏRİ
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki dərəcəsində çempionu Dominik Krus karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, amerikalı idmançı sosial şəbəkə vasitəsilə peşəkar karyerasını başa çatdırdığını açıqlayıb.
Əslində, Krusun bu ay "UFC Fight Night 252" turnirində Rob Fontla döyüşü nəzərdə tutulmuşdu. Ancaq Dominik zədə səbəbindən döyüşə çıxmaqdan imtina edib.
O, karyerasını bitirməklə bağlı qərarında çiyninin son 8 ayda iki dəfə çıxmasının da həlledici rol oynadığını bildirib.