11 Fevral 2025, 00:46
FUTBOL
"Neftçi" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" braziliyalı sağ cihan hücumçusu Aleks Fernandes ilə müqavilə imzalayıb.
11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu Rusiyanın "Baltika" klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.
Qeyd edək ki, Aleks Braziliyanın "Atletiko Mineyro" və "Santos" klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan "Çerno More"sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu "Baltika"nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.