“Barselona” heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, Kataloniya klubu PSJ-nin üzvü Bredli Barkolanı “qaralayıb”.

Xviça Kvaratsxeliyanın Paris klubuna keçidindən sonra fransalı futbolçunun PSJ-də istədiyi qədər oynamaq imkanı əldə etməyəcəyi ehtimal olunur. “Barselona” rəhbərliyi də məhz bu məqamdan istifadə edərək, Bredlini komandaya cəlb etməyi planlaşdırır. Kataloniya klubu Barkolanı almaq şərti ilə icarəyə götürmək variantını götür-qoy edir.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçinin PSJ ilə 2028-ci ilədək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest