"Ayntraxt"ın azarkeşləri alqışalayiq jestlə yadda qalıblar. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Frankfurt təmsilçisinin fanatları Avropa Liqasının final oyununa olan biletlərini azərbaycanlılara hədiyyə ediblər.

Məsələ burasındadı ki, almanlar hələ bu ayın əvvəlində Bakıda keçiriləcək final görüşünə bilet alıblar. Lakin onların sevimli komandaları yarımfinal mərhələsində "çelsi"yə penaltilər seriyası ilə məğlub olaraq, mübarizən dayandırıb. Komandanın yenilgisi frankfurtlu azarkeşlərin də planını pozub.

Məlumatda bildirilir ki, onlar biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışlayıb. "Qartal" fan-klubunun rəhbəri mətbuata açıqlamasında təxminən 100 biletin uşaqlara göndərildiyini söyləyib: "Komandanın bu mövsümkü parlaq çıxışı azarkeşlərimizi də həvəsləndirmişdi. Onlar öncədən finala bilet əldə etmişdilər. Lakin komandamız finalın bir addımlığında dayandı. Daim yaradırıcı addımlarla diqqət çəkən "Ayntraxt" azarkeşləri yenə nəsə etmək istədilər. Qərara gəldik ki, həmin biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə edək".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək və "Arsenal"la "çelsi" üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest