PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo İspaniyadan daha bir təklif alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Barselona" və "Real"dan sonra "Atletiko"nun da maraq dairəsindədi.

Madridlilər 24 yaşlı oyunçunu Rodri Ernandesə layiqli əvəzləyici sayırlar. "Mançester Siti" 22 yaşlı futbolçunu 70 milyon avroya transfer etməyə çalışır. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone özü də bu keçiddə maraqlıdı.

Qeyd edək ki, Adrien Rabyo mövsümün sonunda PSJ-ni azad agent kimi tərk edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest