"Mançester Siti"nin futbolçusu Cek Qriliş İtaliyada çıxış edə bilər.

Matc.az "The Sun" nəşrinə istinadən A Seriyasının lideri olan "Napoli" ingilis yarımmüdafiəçini transfer etmək istəyir.

Neapol klubu yayda 29 yaşlı oyunçu üçün Premyer Liqa təmsilçisinə təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki,"Mançester Siti" Cek Qrilişi 2021-ci ildə "Aston Villa"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində keçirdiyi 31 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest