"Fərid Hacıyev bizim oyunlarda zəif idarəçilik edir. Bilmirəm nədən irəli gəlir"

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Sabah” – “Şamaxı” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bu gün standart vəziyyətlərdə uduzduq. İkinci qoldan öncə faul var idi. Rəqib önə keçəndən sonra gənc oyunçulara şans verdik. Ümumiyyətlə heyətdə dəyişikliklər etdik. Futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Bu il qarşıya qoyulan məqsədə çatdıq. Son 2 oyun qalıb. Bundan sonra gələcək planlar haqda danışacağıq.

– Hakimdən narazı görünürdünüz…

– Fəriddən həmişə narazı qalmışam. Danışmaq istəmirəm. Top çıxıb, foul verir. Ardınca olan hücumdan sonra rəqib künc zərbəsindən fərqləndi. Ayıbdır, uşaqların əziyyəti yerə vurulur. Sadə epizodlarda sarı vərəqələr oldu. Fərid Hacıyev bizim oyunlarda zəif idarəçilik edir. Bilmirəm nədən irəli gəlir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest