"Liverpul"un zədəli futbolçuları Nabi Keyta və Roberto Firminonun durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Yurgen Klopp onlardan birinin Çempionlar Liqasının final oyununda iştirak edə biləcəyini söyləyib.

Almaniyalı mütəxəssis Keytadan fərqli, Firminonun kollektivə qoşulduğunu deyib: "Nabinin şansı yoxdu. O, bəlkə Afrika Millətlər Kubokuna yetişdi. Firmino isə sıraya dönüb. Sabah da kollektivlə məşq edəcək. Əminəm ki, final oyununda meydana çıxacaq".

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının final matçında "Tottenhem"lə qarşılaşacaq. Görüş iyunun 1-də "Vanda Metropolitano" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest