"İlk oyuna fiziki və psixoloji olaraq hazır idik. Sona kimi mübarizə aparmaq və qalib gəlmək üçün əlimizdən gələni etdik". Matc.az saytı xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova deyib.

Qızıl Avropa Liqasının ilk oyununda Belarusla qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. Covanni Kapraranın yetirmələri sabah İspaniya ilə üz-üzə gələcək.

Həm keçmiş, həm də gələcək görüş barədə fikirlərini bölüşən Əzizova meydana qələbə üçün çıxacaqlarını bildirib: "Belarusla oyunun ilk hissəsində səhvlərimiz çox oldu və buna görə uduzduq. Sonrakı hissələrdə isə toparlandıq və gözəl komanda oyunu nümayiş etdirdik. Fikrimcə, sonda oyunçularımızın təcrübəsizliyi nəticəsində məğlub olduq. İspaniya ilə doğma vətənimizdə qarşılaşacağıq. Son məşqlərimizi keçirik. Qələbə üçün meydançaya çıxacağıq. Bütün komanda yoldaşlarıma uğurlar arzu edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest