Madriddə keçiriləcək Çempionlar Liqasının final oyunundan əvvəl mini-turnir təşkil olunacaq. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Final qarşılaşmasından əvvəl keçiriləcək turnirdə Avropa futbolunun keçmiş ulduzlarından ibarət 4 komanda iştirak edəcək. Komandalar “sarı”, “qırmızı”, “mavi” və “boz” rənglərlə adlanacaq. Hər komandanın heyətində 12 futbolçu yer alacaq. Matçlar 15 dəqiqəlik olacaq.

Qırmızılar: İrji Dudek, Miçel Salqado, Roberto Karlos, Qaiska Mendeta, Mark van Bommel, Pulu Futre, Luis Qarsiya, Ceremi Linç (fristayler), Klarens Zeedorf, Patrik Berqer, Joze Bosinqva, Dieqo Milito;

Mavilər: Viktor Baya, Kafu, Lora Jorj, Karles Puyol, Luiş Fiqu, Stiv Makmanaman, Rober Pires, Patrik Klyuvert, Davor Şuker, Billi Uinqrou (fristayler), Floran Maluda, Kristian Karambö;

Sarılar: Devid Ceyms, Deyan Stankoviç, Covanni van Bronkhorst, Yan Raş, Alessandro Del Pyero, Karl-Haynts Ridle, Seliya Şaşiç, Nunu Qomeş, Manişe, Esteban Kambyasso, Deku, Marko Materassi;

Bozlar: Julio Sezar, Şteffen Froynd, Rikardo Karvalyo, Yuri Corkayeff, Klod Makelele, Henrik Larsson, Vladimir Şmitser, Robbi Fauler, Predraq Myatoviç, Fernando Moryentes, David Trezeqe, Canluka Zambrotta.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşündə “Liverpul”la “Tottenhem” iyunun 1-də “Vanda Metropolitano” stadionunda qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest