05 İyul 2025, 19:20
FUTBOL
Dortmund "Borussiya"sının vingeri Ceymi Bayno Gittens karyerasını "Çelsi"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı futbolçu ilə müqavilə 7 il - 2032-ci ilin yayına kimi nəzərdə tutulub.
Transferin məbləği açıqlanmayıb. İyunun əvvəlində "Çelsi" yarımmüdafiəçi üçün 42 milyon avro təklif etsə də, Dortmund klubu 70 milyonda israr edərək bu təklifi rədd etmişdi.
Qeyd edək ki, Gittens 2020-ci ilin sentyabrında "Borussiya"ya keçib. O, ötən mövsüm bütün yarışlarda 49 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib. Cinah oyunçusu İngiltərə U-21 gənclər yığmasında da 11 oyunda 1 qol vurub.