Növbəti mövsüm üçün qarşısına çempionluq hədəfi qoyan "Fənərbaxça" transfer fəaliyyətini davam etdirir.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi hücum xəttini "Mançester Yunayted"ə məxsus olan Markus Reşfordla gücləndirməyi planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo ingiltərəli vingerlə əlaqə saxlayaraq onu komandasına dəvət edib. Klubun idman direktoru Devin Özek bu həftə İngiltərəyə gedərək "Mançester Yunayted"də danışıqlar aparacaq.

Türkiyə klubunun planı 27 yaşlı vingeri satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, Markus Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest