çempionlar Liqasının "Tottenhem"lə "Liverpul" arasında keçiriləcək final görüşünə hazırlaşan Madrid şəhərinin sakinləri qazanc yeri tapıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, otellərdə və günlük evlərdə kirayə pulu astronomik həddə çatdırılıb.

Madrid Otelçilər Dərnəyinin araşdırmasına əsasən, otellərin 90 faizi tutulub. "Airbnb" adlı turistik məqsədli günlük ev kirayə vermə xidməti ilə məşğul olan internet saytında isə bu artım 65%-ə çatıb. Xüsusən də, qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano"ya yaxın ərazidə yaşayan sakinlər bu fürsətdən yararlanaraq, evlərini kirayəyə çıxarıblar. Tək otaqda bir nəfərin günlük qalma haqqı 500 avrodu. Normalda aylıq kirayə haqqı 200 avro olan mənzillərdə isə bir günlük kirayə pulu 4600 avroya qalxıb.

Sabahdan etibarən təxminən 70 minə yaxın ingilis azarkeşin Madridə yollanması gözlənilir. Final oyununa ev sahibliyi etməyin şəhərə 100 milyon avrodan çox iqtisadi gəlir gətirməsi gözlənilir.

Bundan başqa, "qara bazar"da final biletinin qiyməti 10 min avroya qədər yüksəldilib.

Qeyd edək ki, çempionlar Liqasının final görüşü iyunun 1-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest