"Fənərbaxça" Ceyden Ostervoldenin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi İstanbul nəhəngində qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest