“Sabah” UEFA Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib. Matc.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi I təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə oyunlara 23 futbolçu sifariş edib.
 
Baş məşqçi Valdas Dambrauskasın ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu olacaq.
 
Qapıçılar: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 92. Stas Pokatilov;
Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 80. Akim Zedadka;
Yarımmüdafiəçilər: Zinədin Uld Xaled, 6. Abdulax Xaybulaev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev, 11. Kahim Parris, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 88. Xəyal Əliyev;
Hücumçular: 18. Pavol Safranko, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 99. Neqoş Kupusoviç.
 
Qeyd edək ki, “Sabah” və “Çelye” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, cavab görüşü iyulun 17-də Çelyedə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest