"Bavariya"nın qapıçısı Daniel Perets karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Cenoa" israilli qolkiperi heyətinə qatmaq istəyir. A Seriyası təmsilçisi Peretsi satınalma bəndi ilə icarəyə götürmək üçün təklif göndərib. Klubların razılıq əldə etməyə yaxın olduğu bildirilir.

Qeyd edək ki, "Bavariya" Daniel Peretsi 2023-cü ilin yayında "Makkabi"dən transfer edib. O, ötən mövsüm Münhen təmsilçisinin heyətində 5 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest