08 İyul 2025, 12:13
FUTBOL
"Tottenhem" heyətinə yeni müdafiəçi cəlb edib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Kavasaki"dən Kota Takaini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Tottenhem" 20 yaşlı mərkəz müdafiəçisi üçün Yaponiya klubuna 5 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, Yaponiya millisinin üzvü olan Kota Takai bu mövsüm "Kavasaki"nin heyətində keçirdiyi 22 oyunda 2 qol vurub.