Arne Slotun gedişindən sonra "Liverpul"un sükanı arxasına keçəcək yeni mütəxəssisin adı müəyyənləşib. Mersisayd təmsilçisi ispaniyalı baş məşqçi Andoni İraola ilə anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Klub rəhbərliyi komandanı məhz 43 yaşlı mütəxəssisə tapşırmaq barədə qəti qərar qəbul edib. Hazırda rəsmi sənədləşmə işlərini və müqavilənin digər detallarını sürətlə tamamlamaq üçün tərəflər arasında danışıqlar son mərhələdə davam edir.
Andoni İraolanın son iş yeri cari mövsümün sonunda yollarını ayırdığı digər Premyer Liqa təmsilçisi "Bornmut" olub. Onun rəhbərliyi altında uğurlu mövsüm keçirən "albalılar" 57 xal toplayaraq turnir cədvəlini 6-cı pillədə başa vurublar. İspaniyalı mütəxəssis 2023-cü ilin yayından bəri "Bornmut"a rəhbərlik edirdi.
Xatırladaq ki, baş məşqçisini istefaya göndərən "Liverpul" isə mövsümü 60 xalla 5-ci yerdə tamamlamışdı.





_1780155699.jpg)







