30 May 2026, 01:17
FUTBOL
İtaliya B Seriyasında pley-off mərhələsinin cavab oyunu dramatik anlarla yadda qalıb.
Matc.az xəbər verir ki, elit diviziona vəsiqə uğrunda həlledici qarşılaşmada "Monza" və "Katanzaro" komandaları üz-üzə gəlib.
Görüş "Katanzaro"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda "Monza" eyni hesabla (2:0) qalib gəldiyi üçün pley-offun ümumi hesabı bərabərləşib – 2:2.
Turnirin reqlamentinə əsasən, bu mərhələdə əlavə vaxt və penalti seriyası keçirilməyib. B Seriyasının müntəzəm mövsümünü rəqibindən daha yüksək pillədə (3-cü yer) başa vuran "byankorossi"lər, çempionatı 5-ci sırada bitirən "cənub qartalları"nı qabaqlayaraq İtaliya A Seriyasına vəsiqə qazanıb.
Bununla da "Monza" aşağı dəstəyə düşdükdən cəmi 1 il sonra yenidən A Seriyasına qayıtmağı bacarıb.













