Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxır.

Matc.az xəbər verir ki, F qrupunda mübarizə aparan kollektivimiz Fransa yığması ilə qarşılaşacaq.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda 15:15-də start götürəcək oyunda qələbə qazanacağı təqdirdə qrupu lider kimi başa vuracaq.

Qeyd edək ki, millimiz ötən tur İtaliyanı 3:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib.

Xatırladaq ki, çempionata Avstriya üzərində minimal hesablı (1:0) qələbə ilə başlayan yığmamız hazırda 6 xalla qrup lideridir. Fransanın 4, İtaliyanın 1 xalı var. Xalı olmayan Avstriya isə sonuncu pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest