"Kəpəz" baş məşqçisi Azər Bağırovla vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Gəncə klubunun mətbuat xidməti yayıb.

Tərəflər arasında müddəti başa çatan müqavilə yenilənməyib və mütəxəssis vəzifəsindən ayrılıb.

Qeyd edək ki, "Kəpəz" ötən mövsüm Misli Premyer Liqasında uğursuz çıxış edərək turnir cədvəlini 27 xalla 10-cu pillədə başa vurub. Bu nəticənin ardınca klub rəhbərliyi Bağırovla əməkdaşlığı davam etdirməməyə qərar verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest