"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal bu gün, 18-ci ad günündə özü üçün nə arzuladığını cavablandırıb.

Matc.az xəbər verir ki, o, bu barədə klubun kanalına açıqlama verib.

"16 və 17 yaşlarımda aldığım hədiyyədən istəyirəm. Üstəlik, Çempionlar Liqasını və dünya çempionatını qazanmaq istəyirəm. Amma bu barədə çox düşünmürəm, hələ qarşıda çox illərim var, qalib olmaq və bunun üçün çox səy göstərmək istəyirəm".

Qeyd edək ki, Yamal "Barselona"nın yetirməsidir. Ötən mövsüm 17 yaşlı cinah oyunçusu bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Yamalın klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest