"Leypsiq"in və Belçika millisinin hücumçusu Loi Openda "İnter"in diqqətini çəkib.

Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Bildirilir ki, "İnter" hücum xəttini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır. Openda və adı açıqlanmayan daha bir oyunçunun namizədliyi nəzərdən keçirilir. Üstəlik, Openda prioritetlər siyahısında ikinci yerdədir. Ancaq Mehdi Taremi getsə, başqa hücumçu ilə müqavilə imzalamaq mümkündür.

Qeyd edək ki, Opendanın "Leypsiq" ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. Hücumçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Ötən mövsüm 25 yaşlı forvard bütün turnirlərdə 45 matçda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest