Futbolçuların hər il üç həftəlik zəmanətli məzuniyyəti olacaq.

FİFA futbolçuların həmkarlar ittifaqı ilə oyunlar arasında minimum fasilə və məcburi məzuniyyətə icazə ilə bağlı iclas keçirib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, futbolçuların hər il üç həftəlik zəmanətli məzuniyyəti olacaq. Bu qərarlar həm kişi, həm də qadın futboluna aiddir.

Canni İnfantino əlavə edib ki, həftədə bir gün oyunçular üçün məşqdən və ya idmanla bağlı digər tədbirlərdən istirahət günü olmalıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest