13 İyul 2025, 12:15
FUTBOL
Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ cinah oyunçusu Bredli Barkolaya yeni müqavilə hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Şira paylaşıb.
Yeni anlaşma 2030-cu ilin yayına kimi nəzərdə tutulub və futbolçunun maaşında da ciddi artımı olacağı gözlənilir.
Qeyd edək ki, Barkolun parislilərlə müqaviləsi hazırda 2028-ci ilə kimi hesablanıb. Yarımmüdafiəçi 2023-cü ildə 50 milyon avroya "Lion"dan PSJ-yə keçib.
Ötən mövsüm hücumameyilli yarımmüdafiəçi bütün turnirlərdə 63 oyun keçirib, 21 qol vurub və 21 məhsuldar ötürmə verib.