"Məşqlərimizi davam etdiririk, qızlar tapşırıqlarımı daha yaxşı yerinə yetirmə çalışırlar. Yığmamızın oyunçusu Odina Əliyeva da bir neçə gündü məşqlərə start verib. Finaldiya ilə görüşdə onu meydançada görə bilməyəcəksiniz".

"Finlandiya ilə oyunumuz da çətin olacaq. çünki İspaniya kimi, onlar da sürətli voleybol oynayır". Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis Qızıl Avropa Liqası çərçivəsində sabah Finlandiya ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb. O, komandasından razılıq bildirib: "Məşqlərimizi davam etdiririk, qızlar tapşırıqlarımı daha yaxşı yerinə yetirmə çalışırlar. Yığmamızın oyunçusu Odina Əliyeva da bir neçə gündü məşqlərə start verib. Düzdü, Finaldiya ilə görüşdə onu meydançada görə bilməyəcəksiniz, amma qarşıdakı oyunlarda Odina da bizimlə birgə mübarizəyə qoşulacaq. Komandamın çıxışından razıyam. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasının C qrupunda keçirdiyi ilk iki qarşılaşmada Belarus (2:3) və İspaniyaya (0:3) məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest