Çempionlar Liqasının final oyununda xoşagəlməz hadisə baş verib. "Tottenhem"lə "Liverpul" arasında keçirilən həlledici qarşılaşmada meydana azarkeş daxil olub. Görüşün 18-ci dəqiqəsində təhlükəsizlik işçilərinin gözündən yayınan bir azarkeş meydana girib.

çempionlar Liqasının final oyununda xoşagəlməz hadisə baş verib. Matc.az saytının məlumatına görə, ingilis klubları "Tottenhem"lə "Liverpul" arasında keçirilən həlledici qarşılaşmada meydana azarkeş daxil olub.

Madriddəki "Vanda Metropolitano" stadionunda baş tutan görüşün 18-ci dəqiqəsində təhlükəsizlik işçilərinin gözündən yayınan bir xanım azarkeş yarıçılpaq vəziyyətdə meydana girib. Bu, qarşılaşmanın qısa müddət dayanmasına səbəb olub.

Qeyd edək ki, ilk hissəsi gedən matçda "Liverpul" 1:0 hesabı ilə öndədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest