"Everton" "Benfika"nın yarımmüdafiəçisi Luis Florentino ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluici Longari məlumat yayıb.

Portuqaliyalı futbolçu ilə "Bernli" və "Lids" də maraqlanır.

Qeyd edək ki, Florentino ötən mövsüm "Benfika"nın heyətində 45 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest