"Mançester Yunayted" "Leyptsiq"in 22 yaşlı hücumçusu Benjamin Şeşko ilə bağlı danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Manchester Evening News" paylaşıb.

Bildirilir ki, oyunçunun potensial transfer qiyməti 79 milyon funt sterlinq (90 milyon avro) ola bilər. "Mançester Yunayted"in klubun Şeşkonun alınması üçün sövdələşməni maliyyələşdirə biləcəyinə əmin olduğu vurğulanır.

Qeyd edək ki, ötən mövsüm Şeşko bütün yarışlarda 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest