çempionlar Liqasında mövsümün son həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "Tottenhem" üzərində qələbə qazanaraq kuboku muzeyinə aparan "Liverpul"un oyunçusu ən yaxşı seçilib.

Belə ki, müdafiəçi Vircil van Deyk bu mükafata layiq görülüb. O, azarkeşlər arasında aparılan sorğu nəticəsində hamıdan çox səs toplayıb.

Qeyd edək ki, Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən həlledici qarşılaşmada "Liverpul" 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest