04 Sentyabr 2025, 16:38
FUTBOL
Qışda "Napoli"dən ayrılan Mario Ruy karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calcio Mercato" nəşri məlumat yayıb.
"Eyüpspor" Portuqaliya millisinin sabiq üzvünü heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi 34 yaşlı sol cinah müdafiəçisi ilə danışıq aparır.
Super Liqanın digər klubu "Qaziantep" də təcrübəli futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Mario Ruy yanvar ayında "Napoli"dən ayrıldıqdan sonra klubsuzdur.