04 Sentyabr 2025, 17:31
FUTBOL
"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisini İsmail Kartal çalışdıracaq. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
64 yaşlı mütəxəssisin təyinatının gün ərzində açıqlanacağı bildirilir.
Qeyd edək ki, İsmail Kartalın son iş yeri "Persepolis" olub. O, daha əvvəl 2 dəfə "Fənərbaxça"da çalışıb.