04 Sentyabr 2025, 18:26
FUTBOL
İstanbulun "Beşiktaş" klubu Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Bartakovu heyətinə qatmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" internet nəşri məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı rusiyalı yarımmüdafiəçinin xidmətində "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın şəxsən maraqlanır.
Qeyd edək ki, Batrakov "Lokomotiv"in yetirməsidir. Yarımmüdafiəçi 2024-cü ildən "dəmiryolçular"ın əsas komandasında çıxış edir. Bu mövsüm Aleksey bütün turnirlərdə 10 oyun keçirib, 9 qol vurub və iki məhsuldar ötürmə edib.
Yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. ""Transfermarkt" portalı Batrakovun bazar dəyərini 12 milyon avro qiymətləndirir.