04 Sentyabr 2025, 18:40
FUTBOL
"Fulhem"dən ayrılan Villian Braziliya "Qremio"suna keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Villian bu gün tibbi müayinədən keçmək və "Qremio" ilə müqavilə imzalamaq üçün Braziliyaya uçacaq. Artıq transferin bütün detalları razılaşdırılıb.
Xatırladaq ki, Villian hazırda azad agentdir. Ötən mövsümün sonunda braziliyalı vinger, bu ilin fevralından çıxış etdiyi "Fulhem"dən ayrılıb.
Villian "Fulhem"dən başqa "Korintians", "Şaxtyor", "Anji", "Çelsi", "Arsenal" və "Olimpiakos"da da çıxış edib. 2011-2019-cu illər arasında Braziliya millisinin heyətində 70 oyun keçirib və 9 qol vurub.