"Yuventus"un polşalı hücumçusu Arkadiuş Milik karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Mirko Di Natale məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı futbolçu ilə eyni anda iki türk klubu - "Trazbonspor" və "Samsunspor" maraqlanır. Türkiyə çempionatında "transfer pəncərəsi" sentyabrın 12-dək açıqdır.

Qeyd edək ki, Milik 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. Ötən mövsüm o, komandanın heç bir rəsmi oyununda iştirak etməyib. Buna baxmayaraq, aprelin sonunda Turin təmsilçisi hücumçu ilə müqaviləni 2027-ci ilin yayına kimi uzadıb. Hazırda Milikin transfer dəyəri 2 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest