Fransa millisi və "Real"ın hücumçusu Kilian Mbappe ötən mövsüm oyunçularının üzərindəki ağır oyun yükü barədə danışıb.
Matc.az xəbər verir ki, o, daha çox istirahət etməli olduqlarını deyib.
"60 oyunluq bir mövsüm oynamağa hazır olub-olmadığımızı bilmirəm. Bir oyunçunun 60 oyun oynadığını və pik səviyyədə qaldığını xatırlamıram. Bunun mümkün olduğunu düşünmürəm. Keçən mövsüm tam qarışıqlıq idi. İnsanlar bunun virus olduğunu deyirdilər. Çox oynayırıq? Fikrim dəyişdi. Sadəcə daha çox istirahət etməliyik.
Bu, karlar arasında bir mübahisədir. Söhbət matçların çoxluğunda deyil, bərpanın az olduğundan gedir. Biz hələ klublararası dünya çempionatında olarkən komandaların məşqə qayıdanlarını gördüm", - deyə Mbappe açıqlama verib.