"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko" uruqvaylı futbolçunu heyətinə qatmaq istəyir. Madrid təmsilçisi İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan 28 yaşlı oyunçunu azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, Rodriqo Bentankur bu mövsüm "Tottenhem"in heyətində 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest