"Çelsi" yarımmüdafiəçisi Entso Fernandesin mümkün gedişi ehtimalına qarşı genişmiqyaslı axtarışlara başlayıb.
Matc.az xəbər verir ki, argentinalı futbolçu ilə Madrid "Real"ı yaxından maraqlanır. Bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, "Kristal Pelas"ın üzvü Adam Uorton hələ də "zadəganlar"ın diqqət mərkəzindədir və klub artıq onun nümayəndələri ilə əlaqə saxlayıb. "Çelsi" həmçinin Manu Kone ("Roma"), Lamin Kamara ("Monako"), Viktor Froholdt ("Portu") və Kaleb Yirenki ("Norşellan") kimi yarımmüdafiəçiləri də diqqətlə izləyir.
London klubu heyətini təcrübəli oyunçularla gücləndirmək variantını da nəzərdən keçirir. Bununla əlaqədar olaraq, komanda daxilində müzakirə olunan namizədlər arasında PSJ-nin 30 yaşlı yarımmüdafiəçisi Fabian Ruisin də adı var.













