Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino turnir başa çatana qədər hər gün mümkün qədər iki dünya çempionatı matçında iştirak etmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Bildirilir ki, FİFA rəhbəri ABŞ, Kanada və Meksika şəhərləri arasında uçuşlar üçün şəxsi təyyarədən istifadə edir. FİFA-dakı mənbələr İnfantinonun sıx qrafikinə baxmayaraq, gündə iki qarşılaşmaya qatılmağa çalışacağını təsdiqləyiblər.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest