"Turan Tovuz" İbrahima Vadji ilə müqavilə yeniləyib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təcrübəli hücumçu ilə 1+1 illik yeni müqavilə bağlanıb.

Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb və 31 yaşlı seneqallı forvard komandada qalmağa razı olub.

Qeyd edək ki, karyerası ərzində Türkiyədə "Qaziantep", Norveçdə "Molde" və "Hauqesund", Fransada "Sent-Etyen", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinmiş Vadji ötən ilin yayından "Turan Tovuz"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest