İran və Misir millilərinin futbolçuları 2026-cı il dünya çempionatındakı şəxsi qarşılaşma zamanı LGBT simvollarının müşayiəti ilə hər hansı aksiya keçiriləcəyi təqdirdə meydanı tərk edəcəklər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Mikki Cunior məlumat yayıb.

İranın idman naziri Əhməd Dünyamali nümayəndə heyətinin mövqeyinin öncədən FİFA-ya çatdırıldığını bildirib:

"FİFA-nı aydın şəkildə məlumatlandırmışıq ki, nümayəndə heyətimiz və ya oyunçularımız stadionda hər hansı siyasi təhqirə və ya icazəsiz şüarlarla qarşılaşsalar, heç bir tərəddüd etmədən dərhal komandanı meydandan çıxaracaq və oyunu dayandıracağıq. Biz bura FİFA qaydalarına uyğun olaraq qlobal idman turnirində mübarizə aparmaq üçün gəlmişik. Bu matça prinsiplərimizə və dəyərlərimizə uyğun gəlməyən siyasi yaxud sosial gündəmlərin gətirilməsi qəbulolunmazdır. Oyunçularımızın təhlükəsizliyi və ləyaqəti hər şeydən üstündür. FİFA və təşkilatçıların oyunun təxribatlardan uzaq, tamamilə idman atmosferində keçməsini təmin etmək üçün tam məsuliyyət daşımasını gözləyirik".

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək İran - Misir matçı iyunun 27-də baş tutacaq. Hər iki komanda turnirin pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest