"Real"ın və Fransa yığmasının hücumçusu Kilian Mbappe futbolla bağlı maraqlı açıqlama verib.
Matc.az xəbər verir ki, o, pərdəarxası oyunlara görə futbol dünyasından iyrəndiyini desə də, idmana həvəsi olduğu üçün oynamağa davam etdiyini qeyd edib.
"Futbol dünyasına münasibətdə fatalistəm, amma həyata münasibətdə yox. Həyat gözəldir, futbol isə nədirsə, odur. Deməyi xoşlayıram ki, stadiona gedən insanlar sadəcə şou görmək və pərdə arxasında nə baş verdiyini bilmədikləri üçün şanslıdırlar. Düzünü desəm, bu oyuna bu cür həvəsim olmasaydı, futbol dünyası çoxdan mənim üçün iyrənc olardı".
Qeyd edək ki, 26 yaşlı futbolçu 2024-cü ilin yayından Madrid klubunda çıxış edir. Ötən mövsüm o, 59 oyun keçirib, 44 qol vurub və 5 məhsuldar ötürmə edib.