10 Sentyabr 2025, 21:08
FUTBOL
Məşhur ispan yarımmüdafiəçi Asier İllaramendi Honq Konqun "Kitçi" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə bir illik - 2026-cı ilin yayına qədərdir. İllaramendi azad agent kimi "Kitçi"yə keçib. O, bu ilin yanvarından, ABŞ-ın "Dallas" klubu ilə müqaviləsi başa çatdıqdan sonra bu statusa sahib idi.
Qeyd edək ki, İllaramendi ilk növbədə "Real Sosyedad" (2010-2013 və 2015-2023) və Madrid "Real"ı (2013-2015) komandalarında çıxışları ilə tanınır. 2017-ci ildə İspaniya millisinin heyətində 3 oyun keçirib və 1 qol vurub.
"Kitçi" Honq Konq çempionatının elit divizionunda çıxış edir. Komanda ötən mövsümü ölkə çempionatını turnir cədvəlində dördüncü yerdə başa vurmuşdu.