"Mançester Yunayted" oyunçuları qapıçı Andre Onananın "Trabzonspor"a icarə əsasında keçməsindən məmnundurlar, çünki bu, "qırmızı şeytanlar"ın heyətdə dörd qapıçı olması kimi uyğunsuz vəziyyətdən qaçmasına kömək edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Manchester Evening News" paylaşıb.
Bildirilir ki, "mankunianlılar" yay "transfer pəncərəsi"nin son günündə yeni qapıçı Senne Lammens ilə müqavilə imzalandığını da nəzərə alaraq, kamerunlu qolkiperin başqa kluba keçməyəcəyi təqdirdə, problemlə üzləşə biləcəklərinə inanırdılar.
Qeyd edək ki, Onana 2023-cü ilin yayında "İnter"dən "qırmızı şeytanlar"a keçib. Bu müddət ərzində kamerunlu qolkiper bütün yarışlarda 102 matçda iştirak edib, 150 qol buraxıb və 24 oyunda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.