14 Sentyabr 2025, 13:15
FUTBOL
Niderland çempionatında 5-ci turun görüşləri baş tutub.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "Qo Ahed İqlz" ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kökçü oyuna 62-ci dəqiqədə daxil olub, bütün qollar isə onun meydana çıxmasından əvvəl vurulub.
Qeyd edək ki, hazırda "Volendam" 5 turdan sonra 4 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Lider isə 12 xalla "Feyenoord"dur.