UEFA Millətlər Liqasının müxtəlif nominasiyalar üzrə ən yaxşı futbolçuları məlum olub. Turnirin ən yaxşı futbolçusu Portuqaliya yığmasının yarımmüdafiəçisi Bernardo Silva seçilib.

UEFA Millətlər Liqasının müxtəlif nominasiyalar üzrə ən yaxşı futbolçuları məlum olub. Matc.az xəbər verir ki, turnirin ən yaxşı futbolçusu Portuqaliya yığmasının yarımmüdafiəçisi Bernardo Silva seçilib.

Ən yaxşı gənc oyunçu nominasiyasının qalibi Hollandiya yığmasının orta sahə oyunçusu Frenki de Yonq olub. Portuqaliyanın kapitanı Kriştianu Ronaldo isə yarışın bombardiri olub.

Qeyd edək ki, Millətlər Liqasını finalda Hollandiyaya qalib gələn (1:0) Portuqaliya qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest