"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını "Barselona"da davam etdirəcək. Matc.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.

Ulduz futbolçu ilə Kataloniya klubundan savayı PSJ də maraqlanır. Lakin yerli KİV Fransa millisinin üzvünün ispanlarla anlaşdığını yazıb. Sadəcə olaraq, "Barsa" iyulun 1-ni gözləyir. çünki məhz həmin gündən 28 yaşlı forvardın transfer qiyməti 200 milyon avrodan 120 milyona düşəcək və La Liqa çempionu sərbəst qalma məbləğini ödəyəcək.

Qeyd edək ki, Antuan Qrizmann geridə qalan mövsüm 48 oyunda 21 qol, 10 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest