"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununda Fransa təmsilçisi "Nant"la qarşılaşıb.

Matc.az xəbər verir ki, Əlincə stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub.

Qeyd edək ki, "Sabah" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest