Biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Neftçi" matçının biletləri satışa çıxarılır.

Matc.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Biletləri iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasından əldə etmək olar.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest