Saxlanılanlar vəzifə səlahiyyətlərindən sui-istifadə və oyunun nəticəsinə təsir etməkdə ittiham olunur.

Türkiyədə mərc oyunlarında iştirakda şübhəli bilinən 17 hakim və 1 klub prezidenti saxlanılıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokukorluğu məlumat yayıb.

Saxlanılanlar vəzifə səlahiyyətlərindən sui-istifadə və oyunun nəticəsinə təsir etməkdə ittiham olunur.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu ölkədə 371 hakimin mərc hesabının olduğunu, 152-sinin isə aktiv şəkildə mərc oynadığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest